Təhsil işçilərinə fəxri adlar verilib

08 Oktyabr 2018 09:33

Prezident İlham Əliyev bir qrup təhsil işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 65 müəllim “Tərəqqi” medalına layiq görülüb. Ölkə başçısının digər sərəncamı ilə 64 müəllim isə “Əməkdar Müəllim”   fəxri adı ilə təltif olunub.“Bu gün Azərbaycan müəllimi ona verilən dəyəri hiss edərək öz peşəsinin əsl sahibi olmağa can atır.”  bunu təhsil naziri Ceyhun Bayramov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar müəllimlərə ünvanladığı müraciətində bildirib. Nazir əlavə edib ki, son illər ölkəmizdə daha hazırlıqlı, istedadlı şəxslərin müəllim peşəsinə gəlməsi bizi bu hədəfimizi genişləndirməyə, gələcəyin memarı olan müəllimin inkişafına diqqəti daha da artırmağa səfərbər edir.