Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib- Video

19 2020 15:52

Tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 və 5 nömrəli Respublika Xüsusi İnternat məktəblərinin şagirdləri iştirak edib. Fəxri  qonaqlar arasında UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri, Təhsil Nazirliyi, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının nümayəndləri və uşaq yazarları olub. İstedadlı məktəblilərin təqdim etdiyi musiqili və əyləncəli kompozisiyalar  hər kəsdə xoş təəssüratlar yaradıb.

Tədbirin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara mənəvi dəstək olmaq, məktəblilərə xeyirxahlıq hissini aşılamaq, onların humanist ruhda böyüməsinə töhfə verməkdir.