Toxumlardan və iplərdən maraqlı əl işləri hazırlayan məktəblilər- Video

19 2020 16:02

Süjetimizdə toxumlardan, iplərdən əl işləri hazırlayan, maraqlı rəsmlər çəkən məktəbliləri tanıyacaqsınız. Onlar 4-cü sinif şagirdləri Ruhid və Nurxanımdır. Məktəblilər dərsdən sonra boş vaxtlarını əyləncəli keçirmək üçün əl işləri hazırlayırlar.

Ruhid daha çox rəsm çəkməyi xoşlayır. O həm də çəkdiyi rəsmlərin üzərini müxtəlif toxumlarla bəzəyir. Bu zaman düyüdən, mərcidən, qarabaşaqdan və günəbaxan tumlarından istifadə edir.

Nurxanım isə daha çox rəngli iplərlə işləməyi xoşlayır. O əlvan rəngləri çox sevdiyini deyir. İstedadlı qızcığazın rəsmə də həvəsi var.