Quba Uşaq Musiqi məktəbinin istedadlı şagirdləri- Video

20 2020 10:43

Kənan, Rəvan və Ehtiram istedadlı dostlarımızdır. Məktəblilər musiqi ilə məşğul olurlar. Onlar Quba Uşaq Musiqi məktəbində təhsil alırlar. Məlahətli səsi olan Kənan xanəndədir. Rəvan nağarada, Ehtiram isə qarmonda ifa edir. Dostlarımız asudə vaxtlarında bir araya gəlib məşq edirlər.


Musiqiçi dostlarımız xalq və bəstəkar mahnılarını, rəqsləri ifa etməyi bacarırlar. Onlar repertuarı genişləndirmək, peşəkar ifaçı olmaq üçün həvəslə çalışırlar.


Məktəblilər gələcəkdə musiqi qrupuna başqa istedadlı uşaqları da dəvət edib üzvlərin sayını artırmaq niyyətindədilər.