Üzgüçülük sağlamlıq üçün ən yaxşı fiziki məşğələdir- Video

20 2020 10:48

İdmanın maraqlı növlərindən biri də üzgüçülükdür.  Üzmək qan təzyiqini tənzimləyir, ürəyin sağlamlığına müsbət təsir edir. Bu idman növü ilə məşğul olarkən, demək olar bütün bədən əzələləri fəaliyyətdə olur. Bu da orqanizmin möhkəmlənməsinə xidmət edir. 11 yaşlı Firəngiz də üzgüçülüklə məşğuldur. O deyir ki, üzmək ona böyük zövq verir.

Üzgüçülük tənəffüs sisteminə  də müsbət təsir edir. Oksigeni düzgün qəbul və xaric etmək orqanizmi möhkəmləndirir. Bu isə üzgüçülüklə mümkündür. Mütəmadi üzmək ağciyərlərin tutumunu artırır və tənəffüs sistemimizin düzgün fəaliyyətinə kömək edir.  Bu idman növü insana dinclik və sakitlik gətirir.  Mütəxəssislər hesab edir ki, üzgüçülüyə 5-6 yaşından başlamaq məsləhətdir, çünki bu zaman uşaqların bədəni elastik olur.

Dostlar, siz də bu idman növünü seçərək üzgüçülüyün faydalarından yararlana bilərsiniz. Unutmayaq ki, sağlam bədəndə sağlam ruh olar.