Xaçmaz kitabxanasında uşaqlar üçün viktorina keçirilib- Video

20 2020 10:52

Beynəlxalq Kitab Bağışlama günü münasibətilə Xaçmaz Mərkəzi Kitabxanasının uşaq şöbəsi tərəfindən azyaşlı oxucular üçün viktorina təşkil edilib. Sualları tez və düzgün cavablandıran mütaliə həvəskarlarına kitablar hədiyyə olunub.Daha sonra oxucular kitabxanaya yeni gətirilən uşaq ədəbiyyatları ilə tanış olublar.

Kitabxana rəhbərliyi tərəfindən fəal oxuculara bukletlər təqdim olunub. Bu bukletlərdə mütaliə həvəskarlarının şəkilləri və oxuduğu kitablar haqında məlumat yer alıb.

Beynəlxalq Kitab Bağışlama Günü – təqvimdə ən gənc bayramlardandır. Bu günün təsis olunması ABŞ-da məşhur Delightful Children’s Books adlı uşaq kitabı saytının yaradıcısı Emmi Brodmuranın adı ilə bağlıdır. Daha sonra 2013-cü ildən Cənubi Afrika, Braziliya, Sinqapur, İngiltərə, Hindistan, Yeni Zellandiya və digər ölkələrdə Kitab bağışlama günü qeyd olunmağa başlayıb. Məqsəd mütaliəyə marağı artırmaqdı.