Avtomobillərdən atmosferə 500 milyon tona yaxın zərəli birləşmə və qaz atılır- Video

20 2020 10:54

Nəqliyyat vasitələrinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır. Bu da ətraf mühitə, canlı aləmin sağlamlığına mənfi təsir göstərir.

Dünyada təxminən 1 milyarddan çox avtomobil var. Bütün bu avtomobillərin işləməsi üçün 950 milyon tondan çox yanacaq sərf olunur. Bu qədər yanacağın yanması nəticəsində atmosferə 450-500 milyon ton zərərli birləşmələr və qazlar atılır. Bu qazlardan ayrılan qurğuşun, civə və kadmium kimi ağır metall hissəcikləri torpağa və bitkilərin üzərinə çökür. Bu da ekologiyanın çirklənməsinə səbəb olur.

Orta hesabla ildə 15.000 km yol gedən minik maşını 4350 kq oksigen işlədir. Eyni zamanda o, atmosferə 3250 kq karbon ixrac edir. Avtomobil 100 km yol getdikdə insanın bir ildə udduğu qədər oksigen işlədir. Avtomobil havanı yalnız mühərrikdən çıxan qazla zəhərləmir. Həmçinin avtomobillərin təkərlərindən çıxan rezin və toz örtüyü hər il havaya 10 kq toz buraxır.

Son illər elektriklə işləyən avtomobillərin sayının artması atmosferə atılan zərərli qazların miqdarını qismən də olsa azaldıb. Hesablamalara görə 2025-ci ilə qədər dünyadakı avtomobillərin 15% - ni məhz elektriklə işləyən avtomobillər təşkil edəcək. Hazırda inkişaf etmiş ölkələrin əksəriyyəti elektrik avtomobillərinə keçid etməyi qarşıya məqsəd qoyub.