Buludlu günlər ən çox hansı ərazilərdə müşahidə olunur? - Video

02 2020 11:51

Bulud çox kiçik su damcılarından, buz kristalcıqlarından ibarətdir.  Buludlar atmosferin ən aşağı qatında troposferdə toplanır.

Səmanın buludlarla örtülmə dərəcəsi buludluluq adlanır və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü tam aydın, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir. Buludlu günlər ən çox qütb qurşağında və ekvatorda, ən az isə quraqlıq rayonlarında və səhralarda müşahidə olunur.

Laylı buludlar yer səthindən 2-3 km-ə qədər hündürlükdə, topa buludlar 3-6 km, lələkli buludlar isə daha hündürdə 6 km –dən yüksəklikdə formalaşır.

Buludlar  Günəş radiasiyasının bir hissəsini saxlayır və bununla da Yer səthinin işıq və istilik rejiminə təsir göstərir.