Məktəblilərin yaddaş problemini aradan qaldırmağın yolları- Video

02 2020 11:58

Yaddaş problemi məktəblilər arasında çox rast gəlinən hallardan biridir. Bu özünü daha çox diqqət dağınıqlığı, oxuduqlarını və eşitdiklərini qısa zamanda unutmaq ilə göstərir.

Rövşən müəllim şagirdlərin diqqətini cəmləməsi üçün, dərsdəki fasilələrdə uşaqlarla idman hərəkətləri edir. Bununla o, uşaqların dərsə olan diqqətini artırmış olur.

Bəs məktəblilər hafizəni möhkəmləndirmək üçün nə edirlər?

Həddindən artıq televizora baxmaq, kompüterlə və telefonla oynamaq yaddaşı zəiflədir. Belə ki, ibtidai siniflərdə oxuyanlar 45 dəqiqə, 5-8-ci sinif şagirdləri 1 saat, yuxarı sinif şagirdlərinin isə 2 saatdan çox televizor izləməsi yaddaşa mənfi təsir göstərə bilər.  Məntiqi oyunlar və yaddaş məşqləri hafizəni möhkəmləndirməyə   xidmət edir. Hafizənizi gücləndirmək üçün qidalanmağınıza diqqət etməlisiz. Belə ki, quru meyvələr, qoz, fındıq, badam, süd məhsulları,  balıq əti, yumurta, kök yaddaşı möhkəmləndirir. Həmçinin, gün ərzində düzgün yuxu ejiminə diqqət etmək lazımdır.