Qubalı məktəbli sürətli oxu bacarığına malikdir- Video

03 2020 16:53

Ləman Sərdərova sürətli oxu bacarığına malikdir. İstedadlı məktəbli  Quba rayon Qırmızı Qəsəbə bir saylı tam orta məktəbin 6-cı sinfində təhsil alır.

Dostumuz sürətli oxu bacarığını birinci sinifdə oxuduğu vaxtdan inkişaf etdirməyə başlayıb. Məktəbli bədii kitablar çox oxuyur. Ləman sürətli oxumaqla bərabər, mütaliə etdiyi mətni yaddaşında saxlaya bilir.  

İstedadlı dostumuz  sürətli və səlis danışmaq üçün yanıtmaclarla məşq edir.