Rəssamlıq - təsviri incəsənətin ən qədim növlərindəndir - Video

03 2020 16:55

Rəssamlıq əsərləri müxtəlif janirlara bölünür. Tarixi rəssamliq, mifoloji rəssamliq, məişət rəssamliği, portret rəssamlıği, mənzərə rəssamliği, natürmort rəssamliği və s. Hərb səhnələrini təsvir edən tablolar tarixi janira aiddir. Məişət janiri sənətkarın müşahidələrinə əsaslanır. Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığında məişət janiri mühüm yer tutur. Onun “Kosa-kosa”, “Kəndirbaz”, “Varlı evində toy”, "Kasıb evində toy” kimi əsərlərində Azərbaycan xalqının adət-ənənələri, məişəti dolğun əks etdirilib. Portret janirinda isə hər hansi bir şəxsin şəkli təsvir olunur.

Rəssamlığın ən geniş yayılmış forması dəzgah rəssamlığıdır. Kətan və ağac üzərində yağlı boyalarla çəkilən belə əsərlər "molbert" adlanan xüsusi dəzgahda yaradılır. Üzərində, əsasən, yağli boya ilə çəkilir. Bununla  yanaşı rəssamlıqda tempera, pastel, akvarel, quaşdan da istifadə edilir. Monumental rəssamlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdə asıla bilər.