Güləş uşaqlar arasında sevilən idman növlərindən sayılır- Video

03 2020 16:56

Sərbəst güləş, güləşin iki növündən biridir. Olimpiya oyunları siyahısında yer alan bu idman növünün tarixi eramızdan əvvəl VIII əsrə, Qədim Yunanıstana qədər gedib çıxır. Güləş uşaqlar arasında da çox sevilir. Dostumuz Səyyadın bu idmana marağı böyükdür.

Səyyad 2006-cı ildə Bakı şəhərində anadan olub. İdmançı bir çox nailiyyətlər qazanıb. Yeniyetmələr arasında keçirilən yarışlarda dəfələrlə birincilik əldə edib.

Bəs maraqlıdır güləşlə məşğul olmaq uşaqlara nə qazandırır?

Dostlar siz də güləşlə məşğul olaraq sağlam ola, bədəninizin müdafiəsini gücləndirə bilərsiniz.