Xaçmazlı məktəbli 100-dən çox göyərçin saxlayır- Video

04 2020 15:32

Rəvan Məmmədovun 150 göyərçini var. Dostumuz 5 ildir göyərçin saxlayır. Məktəbli quşları  çox sevir və onlara həvəslə qulluq  edirir.

Göyərçinlərin də digər canlılar kimi qayğıya ehtiyacı var. Onların tez-tez xəstələnməməsi üçün yuvalarını təmizləmək lazımdır.

Rəvan deyir ki, göyərçinlər iki aydan bir yumurtalayır. Balalar 18 gün ərzində yumurtadan çıxır.

Qədim zamanlarda insanlar göyərçinlərdən məktubların göndərilməsi üçün istifadə ediblər. Çünki, göyərçinlər uzaq məsafələrə dəqiqliklə uça və geri qayıda bilirlər. Elə bu bacarıqlarına görə, göyərçinlər XI - XII  əsrlərdə cins atlar qədər qiymətli olub.