İxtiraları ilə məşhur alim- Leonardo da Vinçi - Video

04 2020 15:34


Leonardo da Vinçi tarixdə ən məşhur şəxslərdən biridir. O, filosof, astronom, memar, mühəndis, ixtiraçı, riyaziyyatçı, musiqiçi, heykəltaraş, botanik, geoloq, yazıçı və rəssam olub. Da Vinçi dünya tarixinin gedişatını dəyişdirən bir çox ixtiralara imza atıb. Bəs bu ixtiralar hansılardır?

1. Paraşüt – XV əsrdə təyyarələr mövcud deyildi və Da Vinçi hava nəqliyyat vasitələrinin şəkillərini çəkirdi. O, 1515-ci ildə paraşütü dizayn edib. Bu dizayn günümüzdə istifadə edilən paraşütlərin “atası” sayılır.

2. Skafandr (dalğıc geyimi) - Leonardo da Vinçi limana yaxınlaşan düşmən gəmilərini suyun altı ilə dalğıclar göndərərək batırmağı xəyal etmişdi. Bu fikir XV əsr üçün dahiyanə qəbul edilirdi.
3. Çarx - Çox önəmli bir ixtira olaraq görülməsə belə, bugünkü gündə bir çox qurğularda başda velosiped olmaqla, çarx istifadə edilməkdədir.

4. Ornitopter – da Vinçi bu ixtira ilə insanların quş kimi uçmasını istəyirdi. Yarasanın uçuş prinsipindən götürülmüş bu dizayn insanın qol gücü ilə işləməliidi. 

5. Helikopter – da Vinçinin bu dizaynın da qanadların sprilvari quruluşu bu qurğunun uçmasına imkan verir.