Qubada istedadlı məktəblilər maraqlı əl işləri hazırlayır- Video

05 2020 16:34

Avtomobil, ev və müxtəlif texnika maketləri - bütün bunlar Quba şəhər Təbiət Fənlər Təmayüllü Liseyin şagirdlərinin əl işləridi. İstedadlı məktəblilər maketləri taxtadan, plastik qablardan və kardondan istifadə edərək hazırlayıblar.

Əl işlərinin hazırlanması incə və səbr tələb edən iş olsa da dostlarımız bu məşğuliyyətdən böyük zövq alırlar. Onlar istifadəsiz materiallarından incəsənət nümunələri yaradırlar.

Məktəbin İnformatika müəllimi Zümrüd Ağayeva deyir ki, uşaqlarda yaradıcı bacarıqların formalaşması, onların gələcək peşə seçiminə də müsbət təsir edir.