İnsan genləri haqqında nələri bilirik? – Video

05 2020 16:35

Nəyə görə almanın tumundan ancaq alma ağacı bitir,  gilas yox?! Nə üçün uşaqlar öz valideynlərinə oxşayır? İstənilən canlı orqanizmin əsasıhüceyrələr təşkil edir. Onlar bölünüb çoxalırlar və nəticədə orqanizm böyüyür. Maraqlıdır, bu zaman oxşar xüsusiyyətlər necə qorunub saxlanılır? Bu genlər sayəsində baş verir.


Gen canlılarda nəsildən nəsilə bioloji xassələrin ötürülməsi prosesinin yəni irsi genetikanın əsas vahididir. İrsiyyət – orqanizmlərin ayrılmaz bir xassəsi kimi çoxalma zamanı öz xüsusiyyət və əlamətlərinin nəslə ötürülməsidir. Nəsildən-nəslə ötürülən əlamətlər xromosomlarda yerləşən genlərlə idarə olunur. Bəzən bir əlamətin özünəməxsus bir geni olmur. Bu əlamət iki genin qarşılıqlı təsiri sayəsində meydana gəlir. 

100 il bundan əvvəl İrsi vahidlər ideyasını ilk dəfə Qreqor Mendel ortaya atıb. Tədqiqatçı noxud bitkisinin ayrı-ayrı xassələri üzərində işləyərək onların nəsildən nəsilə keçidini izləyib. Hüceyrələrdə elə xırda, heç kəsin görmədiyi hissəciklər var ki, onlar irsi əlamətlərin ötürülməsini idarə edir. O hətta onlara ad da verdi- GEN lər. Gen –çoxböyük DNT molekuludur.