Bakıda 160-dan çox məktəbdə dezinfeksiya işləri görülüb- Video

05 2020 16:37

Koronavirus infeksiyasının qarşısının alınması  məqsədilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin qərarına əsasən martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160-dan çox məktəbdə dezinfeksiya işləri aparılıb.

Bəşarət Məmmədovun sözlərinə görə, ümumtəhsil müəssisələrində koronovirusa yoluxma halı aşkarlanmayıb.  Dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Martın 9-dək bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur. Dərslərə martın 10-unda start veriləcək.