Azərbaycanda teatrın yaranmasından 147 il ötür- Video

11 2020 15:49

Azərbaycan teatrı yaranmasının 147-cü ildönümünü qeyd edir. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Teatr - incəsənətin bir növü olaraq fikir və emosiyaları  tamaşaçılara bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Bu gün Abdulla Şaiq adına Azərbaycan Kukla Teatrında tamaşaya hazırlıq prosesi ilə tanış olacayıq.

Teatr gerçək həyatı, insan münasibətlərini əks etdirir. Burada söz, plastika, dinamika, danışıq, sükut- hamısı səhnədə əsərin təqdim edilməsinə xidmət edir. Tamaşa söz sənəti, rəssamlıq, musiqi, rəqs və digər növlərin sintezindən yaranır. Səhnə əsərinin ərsəyə gəlməsində dramaturqun, rejissorun, rəssamın, bəstəkarın, aktyorun və digər sənət adamlarının əməyi böyükdür.