Nənə və nəvə Cığatellər “ARB Günəş”in “Kiçikdən-böyüyə”verilişində qonaq oldular

08 Oktyabr 2018 12:41

“ARB Günəş”in “Kiçikdən-böyüyə” verilişinin qonağı olan şairə Cığatel İsaqızı nəvəsi Cığatellə həmsöhbət olub. Veriliş maraqlı və əyləncəli anlarla yadda qalıb.  Balaca Cığatel özünəməxsus cavabları ilə nənəsini təəccübləndirməyi bacarıb. Şairənin “Xoşbəxt ailə necə olmalıdır?” sualına cavab verən balaca Cığatel ona gözlənilməz surpriz edib. Nənəsini bir neçə dəqiqə gözlədərək suala xoşbəxt ailə təsvir etdiyi rəsmlə cavab verib. Cığatel nənə uşaqlıqda həddən artıq dəcəl olduğundan, öz nənəsinin ona kənddə isti soba yanında nağıl danışmasından söz açıb. ”Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”in efirində yayımlanır.