Keçi südü uşaqlar üçün faydalı və kalorili qida sayılır - Video

13 2020 16:02

Mütəxəssislər hər gün 300-400 ml süd içilməsini məsləhət görürlər. Xüsusilə keçi südü uşaq orqanizmi üçün çox xeyirlidir. Bu ev heyvanının südü kalium, kalsium, maqnezium, kobalt kimi minerallarla zəngindi. Hətta keçi südünün tərkib etibarilə ana südünə çox yaxın olduğu deyilir.

Keçi südü orqanizmi möhkəmləndirir. Sümüklərə, dişlərə və sinir sisteminə müsbət təsir edir.

Keçi təbiətdəki təbii otlarla, çiçəklərlə qidalandığı üçün faydalı qida maddələri onun südünə və ətinə keçir. Keçinin südü kimi əti də xeyirlidir. Keçi əti az yağlı olduğu üçün piylənməyə səbəb olmur, qara ciyəri və böyrəklərin fəaliyyətini nizamlayır, həmçinin ürək-damar xəstəlikləri riskini azaldır.