10 yaşlı məktəblinin maraqlı əl işləri - Video

13 2020 16:08

Gördüyünüz bu dostumuzun adı Anardır. 10 yaşı var. O, asudə vaxtını səmərəli keçirməyə çalışır. Belə ki, kağızdan maraqlı əl işləri hazırlayır. Məktəbli deyir ki, əl işləri hazırlamaqdan zövq alıram.

Anarın digər bir hobbisi musiqidir. O, fortepianoda ifa etməyi xoşlayır.  Dostumuz bir neçə mahnı öyrənib ifa edir.

Anar  boş vaxtlarını maraqlı keçirmək üçün başqa bacarıqlara da yiyələnmək istəyir. O hər zaman yeni əyləncələr axtarışındadır.