Rənglər necə yaranır?

09 Oktyabr 2018 12:56


Dünyanı rəngsiz təsəvvür etmək mümkün deyil. Ətraf aləmdə o qədər müxtəlif rənglər var ki, baxanda heyran qalırsan.  Rəssamlar fırça və boyaların köməkliyi ilə təbiətin gözəlliklərini, öz fantaziya və düşüncələrini tabloya köçürürlər. Bu süjetimizdə sizə rənglərdən danışacayıq.Maraqlıdır ki, bütün digər rənglər ana rənglərin qarışığından alınır.Məsələn, bənövşəyi, yaşıl və narıncı qarışıq rənglərdir. Sarı ilə göy rəngi qarışdırdıqda yaşıl, qırmızı ilə göyü qarışdırdıqda bənövşəyi, qırmızı və sarı rəngin qarışığından isə narıncı rəng alınır. Bundan əlavə rənglər isti və soyuq  kateqoriyaya adlanır. İsti rənglər sarı, qırmızı, narıncı, qəhvəyi və onlardan alınan rəng çalarlarıdır. Bu rənglər bizə Günəşi, istini, od-alovu, səhraları xatırladır. Soyuq rənglər bizə şaxta-sazağı, buzu, dənizi xatırladır. Bu rənglərə göy, bənövşəyi, yaşıl, mavi və onların çalarlarını aid etmək olar.Fırça həvəskarı olan Nuranənin 11 yaşı var. Xaçmaz Uşaq İncəsənət Məktəbində 3 ildir rəssamlıq  təhsili alır. Rəsm çəkməyi çox sevir.  O, öz dostları ilə birlikdə bizim üçün zanbaq rəsmi çəkəcək.Uşaqlar rəsm çəkən zaman düşünür, əşyaları müqayisə edir. Rənglərlə təmasda olmaq, ətraf aləmi təsvir etmək onların zövqünü inkişaf etdirir, daxili aləmini üzə çıxarır.