Məktəblilər yol keçidlərindən istifadə edirmi?

10 Oktyabr 2018 12:16

Birinci sinif şagirdlərini məktəbə çox zaman valideynləri aparıb gətirir. Çünki, onlar yolu yaxşı tanımırlar, hərəkət nişanlarını bilmirlər. Belə dostlarımızdan biri də Ruslandır. O, məktəbə nənəsi ilə gedib-gəlir. Həqiqət nənə nəvəsinə yol nişanları haqqında məlumat verir. Təhlükəsiz hərəkət qaydalarını izah edir. Dostlar avtomobillərin hərəkət etdiyi yollardan keçərkən ehtiyatlı olun. Piyada keçidi varsa oradan keçin, yoxdursa  yolun boş olduğuna və ya maşınların uzaqda olduğuna fikir verin. Mütəxəssislər bildirir ki, şagirdlərlə bərabər sürücülər də yollarda ehtiyyatlı olmalıdır. Yaxşı olar ki, məktəblilərin sıx hərəkətdə olduğu yerlərdə sürət həddinə diqqət etsinlər. Dostlar, çalışın yol hərəkəti qaydalarını öyrənin və onlara əməl edin.  Çünki, bu sizin təhlükəsizliyiniz üçün vacibdir.