10 yaşlı “canlı naviqator”

10 Oktyabr 2018 13:01

10 yaşlı dostumuz  İlham öz bacarığı ilə hər kəsi təəccübləndirir. O, Bakı və Bakıətrafı ərazilərdə fəaliyyət göstərən bütün marşrut xətlərini əzbər bilir. Bu istedadına görə İlhama “canlı naviqator” deyirlər.  Dostumuz heç vaxt getmədiyi kəndlərə aparan marşrut yollarını da öyrənib. İlham yollar haqqında məlumatları 3 yaşından öyrənməyə başlayıb. İlk vaxtlarda ailədə onun bu bacarığından xəbərsiz olublar. Dostumuz deyir ki, bir gün dayanacaqda avtobus gözləyərkən bir sərnişin Zabrata necə gedə biləcəyini soruşdu. Babam bilmədi. Bu arada mən, 172-yə minib gedə bilərsiniz. – dedim.  Həmin gün  bu  istedadımdan xəbərdar oldular.”6-cı sinif şagirdi olan İlham daim yeni məlumatlar axtarışındadır. Kəşf etməyi çox sevir. O, dərs əlaçısıdır. Ən çox sevdiyi fənlər coğrafiya, biologiya və riyaziyyatdır.  Bacarıqlı dostumuz Bakı Nəqliyyat Agentliyinə yollarla bağlı öz təkliflərini də verib.