Düşərgə necə salınır?

11 Oktyabr 2018 10:38

Bu gün uşaqlarla birlikdə meşədə düşərgə salmağı öyrənəcəyik. Dostlarımız Azərbaycan Skautlar Assosiyasiyasının Xaçmaz skaut dəstəsinin üzvləridir. Düşərgə qurmaq üçün nələrin lazım olacağını onlar bizə deyəcəklər. Öncə düşərgə salmaq üçün əlverişli yer tapmalıyıq.Düşərgə qurarkən çadırın yaxınlığında çürük, aşma ehtimalı olan ağacların olub-olmadığına diqqət yetirmək lazımdır.  Çünki, həmin ağaclar küləyin təsiri ilə çadırın üstünə yıxıla bilər.Çadır qurmaq üçün ideal yer quru yamacdır. Çünki, yağış yağsa bütün su aşağı axacaq və çadırımız islanmayacaq. Həm də yüksəklikdən qarşımızda gözəl bir mənzərə açılacaq.  Əgər axşam burada qalacayıqsa  isinmək üçün ocaq qalamaq lazımdır.Düşərgəni tərk edərkən tullantıları saf-çürük etmək lazımdır. Kağız tullantıları ocaqda yandırın. Ərzaq qalıqlarını quyu qazaraq basdırmalıyıq. Plastik qabları isə heç bir halda basdırmaq olmaz. Çünki plastik materiallar yüz illərlə çürümür və təbiətə zərər vurur. Buna görə də həmin qabları özümüzlə geri qaytarmalıyıq.