Sınıq partaları özləri təmir edən nümunəvi şagirdlər

11 Oktyabr 2018 10:43

Quba rayonu, Bağbanlı kənd tam orta məktəbinin şagirdləri maraqlı təşəbbüsə imza atıblar. Dostlarımız qismən sıradan çıxan parta və oturacaqları təmir ediblər. Bu işdə onlara məktəbin texniki işçisi də köməklik göstərib. Uşaqlar stol və stulların boşalmış vintlərini sıxıb, sınmış hissələri bərpa ediblər. Onlar bu işə böyük həvəslə yanaşıblar. Məktəblilər ildə iki dəfə sinif partalarını təmir edirlər. Belədə məktəb ləvazimatları tez sıradan çıxmır və uzun müddət istifadəyə yararlı olur. Əzizağa müəllim deyir ki, hər bir şagird məktəb ləvazimatlarını qorumalıdır. Çünki, bu parta və oturacaqlardan tək onlar yox, onlardan sonrakı şagirdlər də istifadə edəcəklər. Dostlar, siz də çalışın məktəb ləvazimatlarını səliqəli saxlayın. Lazım gələrsə onların təmirinə vaxt ayırın.