Nemo nöqtəsi nədir?

12 Oktyabr 2018 10:56

Nemo nöqtəsi uzun müddət heç kimə məlum olmayıb. Yalnız 1992-ci ildə tədqiqat mühəndisi Hrvoye Lukatela kompüter simulyasiyasından istifadə edərək bu nöqtəni müəyyənləşdirib. Dünyanın Əlçatmaz Qütbü Sakit okeanın Cənub hissəsində yerləşir.Nemo nöqtəsinə ən yaxın insanlar Beynəlxalq Kosmik Stansiyada yaşayan astronavtlar hesab edilir. Belə ki, onlar Yer kürəsindəki milyardlarla insandan Nemo nöqtəsinə daha yaxındırlar. Çünki Beynəlxalq Kosmik Stansiya Yerdən təxminən 360 kilometrlik məsafədə olan sabit orbitdə hərəkət edir. Beynəlxalq Kosmik Stansiya bu nöqtə üzərindən keçdiyi zaman astronavtlar Nemo nöqtəsinə ən yaxın məsafədə olurlar.Bölgənin məhv edilən kosmik qurğular üçün ən uyğun yer olduğu düşünülməkdədir. Bu səbəb ilə NASA-nın "Kosmik məzarlığı" kimi istifadəsi nəzərdə tutulub. Nemo nöqtəsinə ən yaxın torpaq, yaşayış olmayan Ducie Atoll adasıdır. Ada ilə bu nöqtəni 2.688 km-lik məsafə ayırır. Nemo nöqtəsi səhra olduğundan burada faunanın demək olar, heç bir nümunəsinə rast gəlmək olmur. Ən güclü cərəyanlar yalnız bakteriyaların sağ qalmasına imkan verir.