XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

12 Oktyabr 2018 10:59

XII  Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, ali məktəblərin rektorları, bir sıra təhsil qurumlarının rəhbərləri iştirak ediblər. Nazir Ceyhun Bayramov çıxış edərək son illər ölkəmizdə təhsil sahəsində uğurlu layihələrin həyata keçirildiyini qeyd edib. O vurğulayıb ki, bu sərgi də ziyarətçilər üçün faydalı olacaq. Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərginin gündəliyinə işgüzar görüşlər,  media təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.  Üç gün davam edəcək 12-ci Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıq olacaq.